AZCON Holding-in tərkibinə daxil olan Azərpoçt, beynəlxalq fintex şirkəti Simbrella ilə birlikdə innovativ maliyyə məhsulu olan SalaryNOW xidmətini istifadəyə verib.
SalaryNOW — Azərpoçt bank tədbiqinə inteqrasiya olaraq, işçilərin artıq qazandıqları əməkhaqqının bir hissəsini ayın sonunu gözləmədən əlçatan edən sadə və rahat xidmətdir. Bu həll şəxsi maliyyələrin idarə olunmasında yeni imkanlar yaradır və müasir dövrdə sürətli, şəffaf və istifadəsi asan maliyyə alətlərinə artan tələbatı qarşılayır.
Xidmət istifadəyə verildiyi gündən böyük maraqla qarşılanıb və istifadəçilər arasında sürətlə populyarlıq qazanır. Müsbət rəylər SalaryNOW-un gündəlik maliyyə tələbatına nəzarət etmək istəyən insanlarin real ehtiyacına cavab verdiyini göstərir.
SalaryNOW eyni zamanda yerli bazarda təqdim olunan ən yeni və qabaqcıl maliyyə xidmətlərindən biri kimi seçilir. Azərbaycanda işçilər ilk dəfə olaraq qazandıqları vəsaitə anında çıxış imkanı əldə edirlər — bu isə ənənəvi əməkhaqqı praktikasından əhəmiyyətli dərəcədə fərqlənən yenilikçi bir yanaşmadır. Bu müasir model ölkədə rəqəmsal maaş həlləri üçün yeni bir standartı da formalaşdırır.
Bu xidmətin istifadəyə verilməsi ilə Simbrella və AZCON Holding əmakdaşlığı Azərbaycanda fintech ekosisteminin inkişafına öz töhfəsini verməyə davam edir və ölkəmizin müasir rəqəmsal maliyyə xidmətlərinə keçidini dəstəkləyən həllər təqdim edir.