Səlbin Aləkbərova: “Biz Özbəkistanla fintech və maliyyə xidmətləri sahəsində əməkdaşlıq etməyə qərarlıyıq”
Özbəkistanın Milli İnformasiya Agentliyi üçün müsahibə

2025-ci ilin 16–18 aprel tarixlərində Daşkənd şəhərində Banks & Business Expo 2025 adlı beynəlxalq sərgi keçirilib.

Tədbirdə 30-dan çox ölkədən maliyyə qurumları və şirkətlər iştirak edib.

Azərbaycan mənşəli beynəlxalq fintech şirkəti Simbrella da bu nüfuzlu tədbirdə ilk dəfə olaraq iştirak edib.

Sərgi çərçivəsində UzA informasiya agentliyinin jurnalistləri şirkətin bölmə rəhbərlərindən biri olan Səlbin Aləkbərova ilə söhbət ediblər.

Söhbət sərginin əhəmiyyəti, Simbrella şirkətinin beynəlxalq səviyyədə fəaliyyəti və müasir maliyyə texnologiyaları sahəsindəki yanaşmalar mövzusunda olub.

Səlbin, Özbəkistana xoş gəlmisiniz. Zəhmət olmasa, Simbrella şirkətinin əsas fəaliyyət istiqamətləri və beynəlxalq fintech bazarındakı missiyası haqqında danışardınız.

– Simbrella — 20 illik təcrübəyə malik bir şirkətdir. Biz maliyyə xidmətləri təqdim edirik və məhsullarımız artıq dünyanın 15-dən çox ölkəsində mövcuddur. Əhatə dairəmiz əsasən Afrika olmaqla 60 milyondan çox insanı əhatə edir.


Bizim missiyamız — ənənəvi maliyyə sistemindən kənarda qalan insanlara maliyyə məhsullarına çıxış imkanı vermək və onların həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Banklar bu kateqoriyadan olan müştərilərə xidmət göstərməkdə çətinlik çəkirlər, çünki onların kredit tarixçəsinə çıxış yoxdur və uyğun məhsulların təqdimatı üçün texnoloji həllər çatışmır. Biz isə öz fintech həllərimiz sayəsində bu məhsulları inkişaf etməkdə olan ölkələrdə və yeni bazarlarda uğurla tətbiq edirik.


Bu günə qədər biz ümumi dəyəri 3,5 milyard ABŞ dolları olan bir milyardadək kredit təqdim etmişik və 240 milyon insanı əhatə etmişik.

– Banks & Business Expo 2025 sərgisində hansı innovativ həlləri təqdim edirsiniz və bu həllər Özbəkistan üçün nə dərəcədə faydalı ola bilər?

Əvvəldə də qeyd etdiyim kimi, biz ənənəvi maliyyə institutları tərəfindən əhatə olunmayan əhali üçün maliyyə məhsulları təklif edirik. Bu həllərdən biri tam rəqəmsal platformadır. O, bank sistemlərinə inteqrasiya olunur və bankların adətən xidmət göstərmədiyi müştəri kateqoriyalarına kredit təqdim etməyə imkan yaradır.


İkinci məhsulumuz isə — SalaryNOW.

Bu xidmət istifadəçiyə rəsmi maaş günü çatmamış öz əmək haqqısının bir hissəsinə çıxış imkanı verir. Əgər şəxs gözlənilməz bir xərclə qarşılaşırsa, sadəcə bank tətbiqi vasitəsilə bu xidmətdən yararlanaraq bir neçə saniyə ərzində hesabından lazım olan məbləği əldə edə bilər. Ayın sonunda sistemdə yenidən hesablamalar aparılır və maaşın qalan hissəsi istifadəçinin hesabına köçürülür.


Bizim fikrimizcə, hər iki məhsul Özbəkistanda xüsusilə aktual ola bilər. Xüsusilə SalaryNOW artıq ABŞ və Avropada geniş yayılıb. Biz Özbəkistanda istifadəçilər arasında tədqiqat apardıq və respondentlərin əksəriyyəti bu cür məhsulun öz bank tətbiqində olmasını istədiyini bildirdi.


İnsanlar artıq qazandıqları vəsaitə kredit götürmədən və faiz ödəmədən çıxış əldə etmək istəyirlər. Ümid edirik ki, yaxın zamanda bu məhsulu Özbəkistanda işə sala biləcəyik və növbəti səfərimizdə tətbiqin nəticələrini bölüşəcəyik.

Sərgidə iştirakın nəticəsi olaraq yerli banklar və fintech şirkətləri ilə hansı əməkdaşlıq perspektivlərini görürsünüz?

– Bizim missiyamız bank xidmətlərindən kənarda qalan insanlar üçün maliyyə xidmətlərinə çıxışı təmin etmək olduğundan, əməkdaşlıq perspektivlərini məhz bu istiqamətdə görürük. Bundan əlavə, mikrokreditlərin inkişafı da bizi maraqlandırır. Bu, ənənəvi banklar üçün bahalı məhsuldur, lakin bizim platformamız və skorinq həllərimiz sayəsində biz tez bir zamanda inteqrasiya ola və müştərilərə fərdiləşdirilmiş maliyyə məhsullarına çıxış təqdim edə bilərik.


Bir daha qeyd edim ki, SalaryNOW layihəsi bazar üçün xüsusilə aktualdır. Hazırda Özbəkistanda bu həllə bənzər bir məhsul mövcud deyil və biz əminik ki, bu sahədə ilk ola bilərik. Burada bu məhsulun inkişafı üçün bütün şərait var və biz yerli banklarla uğurlu əməkdaşlığa ümid edirik.

Nasibə Ziyodullayeva,

Daniyar Yakubov,

Anvarxoca Əhmədov (video montaj),

УзА

Bizə zəng edin və ya e-poçt və
ya messencerlər vasitəsilə yazın:
+994 502 912 913
sales@simbrella.com
Xidmətə qoşulmaq istəyirsiniz?
Əlaqə məlumatlarınızı bizimlə paylaşın,
sizinlə tezliklə əlaqə saxlayacağıq

Düyməni klikləməklə Siz Məxfilik Siyasəti ilə razılaşırsınız
və şəxsi məlumatlarınızın işlənməsinə razılıq verirsiniz.